Azinfo » Xəbər » Hadisə » Ağcabədi sakinindən 7 kq marixuana götürülüb

Ağcabədi sakinindən 7 kq marixuana götürülüb

Tarix : 02-08-2022   /   Xəbər / Hadisə  
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir rayon sakinindən 7 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakini Novruz Hüseynov saxlanılıb.

İlkin olaraq onun üzərindən marixuana aşkar edilib. Onun ətrafında davam etdirilən araşdırmalarla rayon ərazisində gizlətdiyi narkotik də müəyyən olunub.

Həmin əraziyə baxış keçirilən zaman 7 kiloqram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz