FHN: Ötən gün 54 yanğına çıxış olub
Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 54 yanğın və 1 partlayışa çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər xilas edilib, Şamaxı rayonunda “Shacman” markalı yük avtomobilinin aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan sürücü 1964-cü il təvəllüdlü Səfərov İlqar Əlikişi oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın zamanı 1 nəfər xəsarət alıb.
Həmçinin, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, bina sakinləri təxliyyə olunub.
Şərhlər: 0
Şərh yaz
