Bakıda ofisdən 46 min manat oğurlayan şəxslər tutulub
Bakıda ofisin seyfindən külli miqdarda oğurluq edən şəxslər tutulub.Bu barədə DİN-dən bildirilib. Məlumata görə, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən ofislərin birinin seyfindən 46 444 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Muradov və Sumqayıt şəhər sakini T.Əfəndiyev saxlanılıb.
Şərhlər: 0
Şərh yaz
