Azinfo » Xəbər » Hadisə » Göyçay sakini Bakıda ürəyindən bıçaqlanıb

Göyçay sakini Bakıda ürəyindən bıçaqlanıb

Tarix : 06-08-2022   /   Xəbər / Hadisə  
Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər ürək nahiyyəsindən bıçaqlanıb.

Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 148 nömrəli məktəbin qarşısında Göyçay rayon sakini 1983-cü il təvəllüdlü Əliyev Dilqəm Nazim oğlu naməlum şəxs tərəfindən ürək nahiyyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış işləri aparır.

Şərhlər: 0

Şərh yaz