Azinfo » Xəbər » Hadisə » Özbəkistan vətəndaşı olan arvadını öldürən şəxsə ağır cəza verilib

Özbəkistan vətəndaşı olan arvadını öldürən şəxsə ağır cəza verilib

Tarix : 31-03-2022   /   Xəbər / Hadisə  

Bakıda qətl törətməkdə təqsirləndirilən Elçin Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən E. Ələkəborov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyulun 30-u saat 19 radələrində Özbəkistan vətəndaşı, 1975-ci il təvəllüdlü Nailə Əliyevanın öldürülməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü E.Ələkbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək N.Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

E.Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Şərhlər: 0

Şərh yaz