Azinfo » Xəbər » Hadisə » Xırdalanda binanın qarajında tüstülənmə baş verib

Xırdalanda binanın qarajında tüstülənmə baş verib

Tarix : 16-08-2022   /   Xəbər / Hadisə  


Abşeron rayonu Xırdalan şəhərində yerləşən "Kristal Abşeron 1" binasında tüstülənmə baş verib.

Hadisə 18 nömrəli binadakı qarajda quraşdırılan elektrik lövhəsində baş verib.

Paylayıcı şəbəkədən çıxan tüstü liftin şaxtasına doğru irəliləyib.

Təhlükəsizlik məqsədi ilə binaya verilən elektirik enerjisi dayandırılsa da artıq gərginlik bərpa olunub.

Şərhlər: 0

Şərh yaz