Azinfo » Xəbər » Hadisə » Lənkəranda 33 yaşlı şəxsin intiharı ilə bağlı cinayət işi açılıb

Lənkəranda 33 yaşlı şəxsin intiharı ilə bağlı cinayət işi açılıb

Tarix : 22-08-2022   /   Xəbər / Hadisə  


Lənkəranda şəxsin özünü asaraq intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

“Avqustun 21-də Lənkəran şəhər sakini, 1989-cu il təvəllüdlü Müşfiq Bağırovun tikilməkdə olan evinin ikinci mərtəbəsində tavandan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb”, - deyə məlumatda deyilir.

Şərhlər: 0

Şərh yaz