Azinfo » Xəbər » Hadisə » Qusarda 16 yaşlı oğlanın boğularaq ölməsi araşdırılır

Qusarda 16 yaşlı oğlanın boğularaq ölməsi araşdırılır

Tarix : 22-08-2022   /   Xəbər / Hadisə  


16 yaşlı şəxsin gölməçədə boğularaq ölməsi faktı ilə bağlı Qusar rayon prokurorluğunda araşdırma başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, avqustun 20-də Qusar rayonu, Əniğ kəndi ərazisində yerləşən gölməçədə 2006-cı il təvəllüdlü Tural Fərzəliyevin boğularaq ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz