Ölümlə nəticələnən yol qəzası törədən vəkil bəraət alıb

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən vəkil Vüsal Mirzəyev bəraət alıb.
Bu barədə onun vəkili Əli Hüseynov məlumat verib.
O bildirib ki, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi (Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Vüsal Mirzəyevin apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb.
Məhkəmə ona bəraət verilməsi barədə qərar çıxarıb.
Şərhlər: 0
Şərh yaz
