Azinfo » Xəbər » Hadisə » Bakıda iki avtomobil toqquşub, ölən var

Bakıda iki avtomobil toqquşub, ölən var

Tarix : 26-08-2022   /   Xəbər / Hadisə  


Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Hadisə Qaradağ rayonu, Xocasən qəsəbəsində qeydə alınıb.

Qəbələ rayon sakini, 1994-cü il təvəllüdlü Anar Səlimovun idarə etdiyi "Nissan" dönmə əməliyyatını yerinə yetirərkən Abşeron rayon sakini, 1961-ci il təvəllüdlü Muradalı Manafovun idarə etdiyi "Zaparojiç" maraklı avtomobillə toqquşub. Nəticədə, Muradalı Manafov ağır xəsarətlərlə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz