Azinfo » Xəbər » Hadisə » Gəncədə yeniyetmənin əlində qumbara alışdırıcısı partlayıb, xəsarət alan var

Gəncədə yeniyetmənin əlində qumbara alışdırıcısı partlayıb, xəsarət alan var

Tarix : 30-08-2022   /   Xəbər / Hadisə  
Gəncə şəhər sakini 15 yaşlı uşağın əlində qumbara partlayıb.

Gəncə şəhər sakini, 15 yaşlı Araz Qasımov (ad-soyad şərtidir) yaşadığı evin yanındakı məişət tullantıları qabının yanında qumbara alışdırıcısını tapıb.

Yeniyetmə alışdırıcıya toxunarkən səs partlayışı baş verib, o, alışdırıcını kənara tullayıb. Həmin anda oradan keçən qadın aşağı ətrafların, sol qolun və üz nahiyəsinin müxtəlif didilmiş-deşilmiş xəsarətləri alıb.

Qadın xəstəxanaya yerləşdirilib.

Şərhlər: 0

Şərh yaz