Zaqatalada 2 yaşlı uşaq yanıq xəsarəti alıb
Zaqatalada iki yaşlı uşaq ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.
Hadisə martın 30-u axşam saatlarında rayonun Yuxarı Tala kəndində baş verib.
2020-ci il təvəllüdlü Cansu Əli qızı Qanzayevanın yaşadığı ünvanda üzərinə qaynar su dağılıb. Hədisə nəticəsində 2 yaşlı C.Qanzayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasında Qanzayevaya bədənin müxtəlif nahiyələrinin 3-ü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub. Onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Şərhlər: 0
Şərh yaz