Masallıda yanğın zamanı ana və iki övladı ölüb, xəsarət alanlar var
Masallı rayonunun Hüseynhacılı kəndində baş verən yanğının təfərrüatları bəlli olub.Yanğın 1951 - ci il təvəllüdlü Kəlbiyev Alim İbad oğluna məxsus, sahəsi 300 kvadratmetr olan evdə baş verib.
Yanğın 2 mərtəbəli evin 1 ci mərtəbəsindən başlayıb.
Nəticədə ana 1984-cü il təvəllüdlü Kəlbiyeva Gülnaz və övladları - 2012 ci il təvəllüdlü Kəlbizadə Elbrus Elmar oğlu və 2011 ci il təvəllüdlü Kəlbizadə Elgiz Elmar oğlu yanaraq ölüblər.
Hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 və Göytəpə Yanğından Mühafizə Hissəsinin 1 texnikası və canlı qüvvəsi cəlb olunub.
300 kvadratmetr evin 200 kvadratmetr hissəsi yanıb.
İlkin ehtimala görə yanğın şamdan baş verib.
Belə ki kənddə işıq söndüyündən şam yandıran ev sakinləri daha sonra onu nəzarətsiz qoyaraq yatıb.
Hazırda rayon hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Yanğının dəqiq baş vermə səbəbləri araşdırılır.
Şərhlər: 0
Şərh yaz
