Azinfo » Xəbər » Hadisə » Ağdaşda narkotiklərin qanunsuz dövriyyəsinə görə 8 nəfər saxlanılıb

Ağdaşda narkotiklərin qanunsuz dövriyyəsinə görə 8 nəfər saxlanılıb

Tarix : 09-09-2022   /   Xəbər / Hadisə  
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılmaları istiqamətində növbəti əməliyyatlar keçirilib, 8 nəfər tutularaq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri-Bəhruz Allahverdiyev, Mərahim Nəbiyev və Mövsüm Məmmədzadə saxlanılıb.

Onların becərdikləri ümumi çəkisi 7 kiloqram olan çətənə kolları aşkar edilərək götürülüb.

Şərhlər: 0

Şərh yaz