Azinfo » Xəbər » Hadisə » Bakıda gənc oğlan bıçaqlanıb

Bakıda gənc oğlan bıçaqlanıb

Tarix : 01-04-2022   /   Xəbər / Hadisə  

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Səməd bəy Mehmandarov küçəsində yaşanıb.

1992-ci il təvəllüdlü İsmayılov Nihat Elman oğlu naməlum şəxsin hücumuna məruz qalıb. O, qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Şərhlər: 0

Şərh yaz