Cəlilabaddakı qəzada ailənin 1 üzvü ölüb, 4 üzvü xəsarət alıb
Cəlilabadda baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər yaralanıb.Hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
“Mercedes” markalı avtomobil hərəkətdə olarkən, "Kamaz" markalı yük avtomobilini aparan evakuatora çırpılıb.
Qəza nəticəsində minik avtomobilində olan bir ailənin üzvləri, Masallı rayon sakinləri - 1952-ci il təvəllüdlü Talıbov Məcid Abbasqulu oğlu, 1992-ci il təvəllüdlü Talıbova Vüsalə, 2010-cu il təvəllüdlü Talıbov Məcid Ramiz oğlu və 2008-ci il təvəllüdlü Talıbov Yusif Ramiz oğlu xəsarət alıb, 1954-cü il təvəllüdlü Talıbova Zümrüd Əlibəy qızı isə vəfat edib.
Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
