Balakəndə yol qəzası olub, ölən və yaralananlar var
Balakəndə yol qəzası olub, ölən və yaralananlar var.Hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistralının rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
