Sabiq icra başçısının məhkəməsi: "Təhsil şöbəsinin müdiri ağac əkmək adı ilə bizdən pul aldı"

Cəlilabad rayonunun sabiq icra başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə rayon təhsil şöbəsinin və rayon Mənzil Kommunal və Təsərrüfat Birliyinin işçiləri olan 25 nəfər şahid dindirilib.
Rayon Təhsil Şöbəsi işçiləri ifadələrində sabiq icra başçısı ilə münasibətləri olmadığını deyiblər. Şahidlərin sözlərinə görə, təhsil şöbəsinin sabiq müdiri Qərənfil Əhmədova onlardan rayonda ağac əkiləcəyi adı ilə rüşvət alıb.
Proses aprelin 8-də davam etdiriləcək.
Xatırladaq ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.
Şərhlər: 0
Şərh yaz
