Azinfo » Xəbər » Hadisə » Goranboyda qəza olub, xəsarət alan var

Goranboyda qəza olub, xəsarət alan var

Tarix : 01-04-2022   /   Xəbər / Hadisə  

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21099" markalı minik maşını ilə "QAZel" markalı yük maşını toqquşub.

Qəza zamanı 1983-cü il təvəllüdlü Məhəmməd Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz