Ağdamda kişi arxda boğularaq ölüb

Ağdamda 54 yaşlı kişi arxda boğularaq ölüb.
Hadisə rayonun Rzalar kəndində baş verib.
Kənd sakini Rzayev Əlyəddin İsa oğlu yaşadığı evin yaxınlığındakı əkin sahələrinin suvarılmasında istifadə olunan arxa yıxılıb.
Nəticədə köməksiz vəziyyətdə qalan Ə.Rzayev boğularaq ölüb.
Yaxınlarının verdiyi məlumata görə, o, fiziki qüsürlü olub.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
