Azinfo » Xəbər » Hadisə » Prokurorluq erməni diversiya qrupunun Daşkəsəndə basdırdığı minalarla bağlı araşdırma aparır

Prokurorluq erməni diversiya qrupunun Daşkəsəndə basdırdığı minalarla bağlı araşdırma aparır

Tarix : 04-10-2022   /   Xəbər / Hadisə  
Prokurorluq erməni diversiya qrupları tərəfindən Daşkəsəndə basdırılan və Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək zərərsizləşdirilən minalarla bağlı məlumat yayıb.

Baş Prokurorluqdan verilən məlumatda bildirilib ki, Daşkəsən rayonu Buğdadağ adlanan ərazidə 1-2 oktyabr tarixlərində erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Həmin partlayıcı vasitələrin Vətən Müharibəsindən sonra basdırıldığı ehtimal edilir.

Faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz