Prokurorluq: 44 günlük müharibədə erməni hərbçilər 6 azərbaycanlını işgəncə ilə öldürüb
44 günlük müharibədə erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər azərbaycanlının meyiti Azərbaycan tərəfinə təhvil verilib.Bunu Baş Prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə sualı cavablandırarkən deyib.
O xatırladıb ki, sosial şəbəkələrdə yayılan digər görüntülərlə bağlı istintaq qrupu tərəfindən araşdırılmalar davam etdirilir: “Öldürülənlər həm də təcili tibbi yardımın sürücüsü və digər tibb işçisi olub”.
Şərhlər: 0
Şərh yaz
