Azinfo » Xəbər » Hadisə » Bakıda kafedə dava olub, bıçaqlanan var

Bakıda kafedə dava olub, bıçaqlanan var

Tarix : 02-04-2022   /   Xəbər / Hadisə  

Bakının Binəqədi rayonunda bir nəfər bıçaqlanıb.

Azinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə “DSK” yolu kimi tanınan ərazidə yerləşən “Yubiley” kafesində qeydə alınıb.

1981-ci il təvəllüdlü Alıyev Vüsal Xasay oğlu dostu ilə kafedə yeyib-içərkən aralarında mübahisə yaranıb.

Daha sonra mübahisə davaya çevrilib.

Bu zaman V.Alıyev qarın nahiyyəsindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Şərhlər: 0

Şərh yaz