Samuxda içərisində avtomobil olan qaraj yanıb

Samuxda qarajda yanğın olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Samux rayonunun Poylu kəndində ümumi sahəsi 12 m² olan dəmir konstruksiyadan ibarət qarajın içərisində "VAZ" markalı minik avtomobilinin salonu yanıb, yüksək temperaturdan ön hissəsi qarsalanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şərhlər: 0
Şərh yaz
