Azinfo » Xəbər » Hadisə » Bakı-Quba yolunda mikroavtobusla minik maşını toqquşub, ölənlər və xəsarət alanlar var

Bakı-Quba yolunda mikroavtobusla minik maşını toqquşub, ölənlər və xəsarət alanlar var

Tarix : 13-12-2022   /   Xəbər / Hadisə  
Bu gün səhər saatlarında Bakı-Quba yolunda baş verən qəzada xəsarət alanlardan biri ölüb.

Minik avtomobilinin sürücüsü, 1951-ci il təvəllüdlü Abdulov Abdul Rəsul oğlu xəstəxanada keçinib.

Qəza nəticəsində mikroavtobusda olan Elvin adlı sərnişin də ölüb.

1978-ci il təvəllüdlü Aynurə Abbasova, 1978-ci il təvəllüdlü Səriyyə Haşımova, 1995-ci il təvəllüdlü Sübhanı Talıblı və 1998-ci il təvəllüdlü Şəhriyar Musayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Şərhlər: 0

Şərh yaz