Azinfo » Xəbər » Hadisə » Laçın yolunda aksiya 3-cü gündür davam edir, şüarlar səslənir

Laçın yolunda aksiya 3-cü gündür davam edir, şüarlar səslənir

Tarix : 14-12-2022   /   Xəbər / Hadisə  
Laçın yolunda aksiya 3-cü gündür davam edir, şüarlar səslənir
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir.
Aaksiya iştirakçıları ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
Aksiya artıq 3-cü gündür davam edir.
Aksiya iştirakçıları dövlət himnini səsləndirib, daha sonra milli musiqin sədası altında şüarlarını deyiblər.
Eko-fəallar aksiyanı tələbləri yerinə yetirilənə qədər davam etdirmək niyyətindədir.

Şərhlər: 0

Şərh yaz