Azinfo » Xəbər » Hadisə » Keçmiş məhkumlardan 2 kq marixuana götürülüb

Keçmiş məhkumlardan 2 kq marixuana götürülüb

Tarix : 12-01-2023   /   Xəbər / Hadisə  
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli vasitələr və həb aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbə ərazisində keçirdiyi əməliyyat tədbirləri ilə Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Namiq Babazadə və Əfqan Mahmudzadənin idarəsində olan avtomobil saxlanılıb.

Avtomobildə aparılan axtarış zamanı 2 kiloqramdan artıq marixuana, 1 kiloqramdan artıq heroin və 300 metadon həbi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Şərhlər: 0

Şərh yaz