Azinfo » Xəbər » Hadisə » FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin bir hissəsi Azərbaycana yola düşüb

FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin bir hissəsi Azərbaycana yola düşüb

Tarix : 01-03-2023   /   Xəbər / Hadisə  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin bir hissəsi bu gün təyyarə ilə Adana hava limanından Bakı şəhərinə yola düşüb.

FHN-dən  verilən məlumata görə, Qüvvələri hava limanından Adana valisi Süleyman Elban, Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Mersin vilayəti Fövqəladə Halların İdarə olunması Bölməsinin rəhbəri Cenk Yıldız, fövqəladə və səlahiyyətli səfirlər Murat Salim Esenli və Ayşe Saraç və Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin idarə rəhbəri Hatice Tugba İkizler yola salıblar.

Şərhlər: 0

Şərh yaz