Masallı RPŞ -nin rəisi avtoxuliqanlıq edənləri cəzalandırdı - FOTO

Bir neçə gün öncə Masallı rayon Ərkivan qəsəbəsində Ərkivan dairəsi adlanan ərazidə yolun bağlanaraq , avtomobillərin hərəkətnin məhdudlaşdırılması, hərəkət iştirakçılarına təhlükəli anlar yaşatması ilə bərabər avtoxuliqanlıq hərəkətlərinə yol verən sürücülər barəsində qanunamüvafiq qaydada tənbeh tədbiri görülmüşdür.
Belə ki, Masallı RPŞ - nin rəisi polis polkovniki cənab Azay Ağayev törədilən qanunazidd hərəkətlərlə bağlı məlumatlandırıldıqdan dərhal sonra baş vermiş hadisəni nəzarətə götürmüşdür. Həmin avtomobillərin və onların sürücülərinin dərhal aşkarlanmasına, avtomobillərin duracağa təslim edilməsinə , sürücülərin məsuliyyətə cəlb olunması dair xüsusi tapşır vermişdir.
Masallı RPŞ - in YPX -in əməkdaşları tərəfindən həyata keçirilən təxirə salınmaz tədbirlər nəticəsində avtomobillər və onların sürücüləri aşkarlanaraq, məsuliyyətə cəlb olunmuşlar. Onlar barəsində toplanmış materiallar Masallı rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə bir nəfər barəsində 15 sutkalıq inzibati həbs və bir il sürücülük hüququndan məhrum edilmək ,digər sürücülər barəsində isə cərimələr tətbiq edilmişdir.
Rauf Cəbiyev


Şərhlər: 0
Şərh yaz
