Azinfo » Xəbər » Hava haqqında » Dağlıq rayonlara qar yağıb

Dağlıq rayonlara qar yağıb

Tarix : 03-05-2023   /   Xəbər / Hava haqqında  
Faktiki hava açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 8, Xınalıqda 6, Qrızda 3 sm olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Düşən yağıntının miqdarı Qəbələdə 53.0 mm(aylıq normanın 44 %-i), İsmayıllıda 22.0 mm (aylıq normanın 18 %-i), Zərdabda 18.0 mm (aylıq normanın 49 %-i), Göyçayda 18.0 mm(aylıq normanın 29 %-i), Qobustanda 17.0 mm, Şamaxıda 13.0 mm, Qrızda 11.0 mm, Oğuz, Şəki, Kürdəmirdə 9.0 mm, Ağdamda 8.0 mm, Ordubad, Ağsu, Qaxda 7.0 mm, Şahbuz, Gədəbəydə 5.0 mm, Lerik, Şahdağ, Xaltanda 4.0 mm, Altıağac, Naxçıvanda 3.0 mm, Qubada 2.0 mm, Lənkəran, Astara, Yardımlı, Biləsuvar, Qusar, Göygöl, Tərtər, Yevlax, Sabirabad, Neftçala, Göytəpədə 1.0 mm-dək olub.

Mayın 2-də şimal-qərb küləyi arabir Naxçıvan, Ceyrançöldə 18 m/s, Şəmkirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14-16° isti, Naxçıvanda 12°-dək isti, dağlıq rayonlarda 4-8° isti, yüksək dağlıq ərazilərdə 4°-dək şaxta, aran rayonlarında 11-15° isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərhlər: 0

Şərh yaz