Azinfo » Xəbər » Hava haqqında » Güclü külək əsəcək, yağış yağacaq

Güclü külək əsəcək, yağış yağacaq

Tarix : 07-06-2022   /   Xəbər / Hava haqqında  
Bakıda və Abşeron yarımadasında iyunun 7-dən birinci ongünlüyün sonunadək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s olacaq.

Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Azərbaycanın rayonlarında iyunun 7-dən 11-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Şərhlər: 0

Şərh yaz