Azinfo » Xəbər » Hava haqqında » Havada toz dumanı həftə sonunadək davam edəcək

Havada toz dumanı həftə sonunadək davam edəcək

Tarix : 19-07-2022   /   Xəbər / Hava haqqında  


Bakıda və Abşeron yarımadasında son günlər şimal-qərb küləyinin arabir güclənməsi nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətrafa yayılması müşahidə edilir.

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, havada müşahidə olunan toz dumanı lokal xarakterlidir.

Gülşad Məmmədovanın sözlərinə görə iyulun 19-u səhər saatlarında avtomatik stansiyalardan əldə olunmuş məlumatlara əsasən havada dispers toz hissəcikləri Bakı şəhərinin Xətai rayonunda normadan 1.4, Nizami rayonunda 1.5, Səbail rayonunda isə 1.2 dəfə yüksəkdir:

“Güclü şimal-qərb küləyindən və meteoroloji şəraitdən asılı olaraq tozlu havanın həftənin sonuna kimi davam edəcəyi proqnozlaşdırılır”.

Şərhlər: 0

Şərh yaz