Azinfo » Xəbər » Hava haqqında » Temperatur 3-5 dərəcə enəcək

Temperatur 3-5 dərəcə enəcək

Tarix : 20-07-2022   /   Xəbər / Hava haqqında  
Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraiti davam edəcək. Şimal-qərb küləyi 15-20 m/s, 20-22-də isə arabir 23-28 m/s olacaq.

Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, havanın temperaturu tədricən 3-5° aşağı enəcək.

Azərbaycanın rayonlarında iyulun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.
Havanın temperaturu tədricən 3-5° aşağı enəcək.

Şərhlər: 0

Şərh yaz