Azinfo » Xəbər » Hava haqqında » Bakıya qar yağacaq, temperatur 5-8 dərəcə aşağı enəcək

Bakıya qar yağacaq, temperatur 5-8 dərəcə aşağı enəcək

Tarix : 06-02-2023   /   Xəbər / Hava haqqında  
Bakıda və Abşeron yarımadasında fevralın 7-si günün ikinci yarısından 10-dək güclü şimal-qərb küləyi əsəcək. Fevralın 10-da külək mülayimləşəcək.

Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, fevralın 8-də havanın tutqun, axşama doğru yağıntılı olacağı, gecə sulu qara keçəcəyi, 9-da fasilələrlə sulu qar, qar yağacağı gözlənilir.

Şərhlər: 0

Şərh yaz