Azinfo » Xəbər » Hərbi » İndiyə qədər 118 seçki dairəsindən 77 dairə üzrə 337 bələdiyyəyə seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürənlərin sayı 1531 nəfərə çatıb. APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov açı

İndiyə qədər 118 seçki dairəsindən 77 dairə üzrə 337 bələdiyyəyə seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürənlərin sayı 1531 nəfərə çatıb. APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov açı

Tarix : 09-12-2024   /   Xəbər / Hərbi  

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Azinfo.az xəbər verir ki, bu barədə Azərbaycan MN-dən bildirilib.

Başsağlığında deyilir: "9 dekabr tarixində, İsparta vilayətində təlim uçuşu zamanı UH-1 tipli helikopterin qəzaya uğraması nəticəsində altı hərbi qulluqçunun şəhid olması barədə xəbər məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Baş vermiş qəzada şəhid olmuş qəhrəman türk hərbçilərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Şərhlər: 0

Şərh yaz