Azinfo » Xəbər » Hərbi » MN: Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub

MN: Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub

Tarix : 07-04-2022   /   Xəbər / Hərbi  

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

“Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, - qeyd olunub.

Şərhlər: 0

Şərh yaz