Azinfo » Xəbər » Hərbi » DSX: Zəngilanda Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb

DSX: Zəngilanda Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb

Tarix : 24-04-2022   /   Xəbər / Hərbi  

Aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  verilən xəbərə görə, Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Şərhlər: 0

Şərh yaz