Azinfo » Xəbər » Hərbi » MN azad edilmiş ərazilərdə 17 200 hektardan artıq ərazini minalardan təmizləyib

MN azad edilmiş ərazilərdə 17 200 hektardan artıq ərazini minalardan təmizləyib

Tarix : 19-05-2022   /   Xəbər / Hərbi  
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən yollar minalardan təmizlənir, abadlaşdırılır, döyüş mövqelərinin və səngərlərin möhkəmləndirilməsi işləri həyata keçirilir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizə yeni təminat yolları çəkilir.

Şərhlər: 0

Şərh yaz