Azinfo » Xəbər » Hərbi » MN: İstifadəyə yararsız sursatların utilizasiyası davam edir

MN: İstifadəyə yararsız sursatların utilizasiyası davam edir

Tarix : 23-05-2022   /   Xəbər / Hərbi  
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.


Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, döyüş sursatlarının utilizasiya prosesi 23.05.2022-ci il tarixdən 28.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Şərhlər: 0

Şərh yaz