Azinfo » Xəbər » Hərbi » Azərbaycan hərbçilərinin Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri zamanı insan qalıqları aşkarlanıb

Azərbaycan hərbçilərinin Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri zamanı insan qalıqları aşkarlanıb

Tarix : 29-03-2022   /   Xəbər / Hərbi  

Xocalı rayonunun Fərrux kəndində insan qalıqları aşkarlanıb.

Qarabağ bürosunun xəbərinə görə, Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edilib.

Qalıqların 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda törətdiyi soyqırımından qaçmaq istəyərkən qətlə yetirilmiş şəxs və ya şəxslərə aid olduğu ehtimal edilir.

Şərhlər: 0

Şərh yaz