Azinfo » Xəbər » Hərbi » Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında danışıqlar keçirilib

Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında danışıqlar keçirilib

Tarix : 10-06-2022   /   Xəbər / Hərbi  
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikasının Federal Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin müdafiə nazirlikləri arasında 10-cu Qərargah danışıqları keçirilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən, əməkdaşlığın cari vəziyyəti və mümkün perspektivləri müzakirə olunub.

Şərhlər: 0

Şərh yaz