Azinfo » Xəbər » Hərbi » Azərbaycan Ordusunda snayperlərin təlimi keçirilir

Azərbaycan Ordusunda snayperlərin təlimi keçirilir

Tarix : 13-06-2022   /   Xəbər / Hərbi  
2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda snayperlərin peşəkarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlim keçirilir.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Xəbərə görə, təlim zamanı snayperlər gecə və gündüz vaxtı atəş mövqeyinin seçilməsi, fərdi və qrup şəklində müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi, eləcə də digər mövzular üzrə qarşıya qoyulan tapşırıqları icra edirlər.

Şərhlər: 0

Şərh yaz