Azinfo » Xəbər » Hərbi » Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq genişləndirilir

Tarix : 29-06-2022   /   Xəbər / Hərbi  
İyunun 29-da Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Zahir Ahmed Baber Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Müdafiə Nazirliyindən  verilən xəbərə görə, qonaqları salamlayan general-leytenant R.Tahirov ölkələrimizin digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya sahəsində əməkdaşlığının da inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Şərhlər: 0

Şərh yaz