Azinfo » Xəbər » Hərbi » Şəmkirdə Azərbaycan Ordusunun şəhid olan əsgəri ilə vida mərasimi keçirilir

Şəmkirdə Azərbaycan Ordusunun şəhid olan əsgəri ilə vida mərasimi keçirilir

Tarix : 04-08-2022   /   Xəbər / Hərbi  
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu ilə Şəmkirdə vida mərasimi keçirilir.

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən mövqelərimizi intensiv atəşə tutması nəticəsində şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlunun cənazəsi anadan olduğu Şəmkir rayonunun Qaracəmilli kəndinə gətirilib.

Şəhid əsgərlə doğulduğu evdə keçirilən vida mərasimində yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

Şəhid Anar Kazımov Qaracəmilli kənd qəbiristanlığında dəfn olunacaq.

Anar Kazımov 4 ay əvvəl hərbi xidmətə yollanıb.

Allah rəhmət eləsin!

Şərhlər: 0

Şərh yaz