Azinfo » Xəbər » Hərbi » Müdafiə naziri: "Hərbi və dövlət sirlərinin sosial şəbəkələrdə yayılması yolverilməzdir"

Müdafiə naziri: "Hərbi və dövlət sirlərinin sosial şəbəkələrdə yayılması yolverilməzdir"

Tarix : 13-08-2022   /   Xəbər / Hərbi  
Müdafiə Naziri Zakir Həsənov bu gün keçirilən xidməti müşavirə zamanı şəxsi heyətin nizam-intizamı, mənəvi-psixoloji durumu barədə danışan müdafiə naziri təlim-tərbiyə işinin təşkili istiqamətində həyata keçirilən tədbirin əhəmiyyətindən danışıb.

Nazir müşavirədə informasiya təhlükəsizliyinin qorunması, o cümlədən xidməti məlumatların, hərbi və dövlət sirlərinin sosial şəbəkələrdə yayılmasının yolverilməz olması barədə maarifləndirici söhbətlərin aparılmasının vacibliyini qeyd edib. Zakir Həsənov nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozanlara qarşı qətiyyətli tədbirlərin davam etdirilməsini tapşırıb.

Şərhlər: 0

Şərh yaz