Azinfo » Xəbər » Hərbi » Azərbaycan “ADEX” sərgisində yeni PUA-ları nümayiş etdirir

Azərbaycan “ADEX” sərgisində yeni PUA-ları nümayiş etdirir

Tarix : 06-09-2022   /   Xəbər / Hərbi  
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və “Deftect” şirkəti tərəfindən yeni pilotsuz uçuş aparatları hazırlanıb.

 “Ovçu-G4”, “Turaz”, “Fatum” və “Tilt Rotor” pilotsuz uçuş aparatları 2022-ci istehsalıdır.

"Tilt Rotor" pilotsuz uçuş aparatı uzunmənzillidir, bununla yanaşı, həmçinin yük daşıma imkanı da var.

“Fatum” isə kəşfiyyat aparır, eyni zamanda, zərbə dronudur. Onun effektiv döyüş başlıqları 2 kq-dır. Effektiv istifadə radiusu 10-15 kq hesab edilir. Uçuş məsafəsi 10 km-dir.

“Turaz” isə kəşfiyyat xarakterli pilotsuz uçuş aparatıdır. Onun telemetriya sistemi 30-200 km arası təyinata uyğun olaraq təmin edilə bilir.
“Ovçu–G4” isə infraqırmızı kamera ilə birləşdirilmiş minaatan (82 mm) buraxılış qurğusu ilə təchiz edilib.

Şərhlər: 0

Şərh yaz