Azinfo » Xəbər » Hərbi » Azərbaycan-İsrail hərbi əməkdaşlığının güclənməsi müzakirə olunub

Azərbaycan-İsrail hərbi əməkdaşlığının güclənməsi müzakirə olunub

Tarix : 06-09-2022   /   Xəbər / Hərbi  
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrailin "Rafael" şirkətinin rəhbəri Yoav Har-Even ilə görüşüb.

Bu barədə  MN-dən məlumat verilib. Xəbərə görə, görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılıb, eyni zamanda Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyi xüsusi vurğulanıb.

Şərhlər: 0

Şərh yaz