Azinfo » Xəbər » Hərbi » MN: Laçın və Kəlbəcərdə Ordumuzun mövqeləri atəşə tutulub

MN: Laçın və Kəlbəcərdə Ordumuzun mövqeləri atəşə tutulub

Tarix : 09-09-2022   /   Xəbər / Hərbi  
Sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə  Müdafiə Nazirliyindən (MN) bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Şərhlər: 0

Şərh yaz