Şəhid Vadim Qocayev atası ilə birgə Qobustan Şəhidlər Xiyabanında dəfn olunub
Şəhid Vadim Qocayevlə atası Alik Qocayevin cənazəsi bu gün Qobustan rayonuna gətirilərək Qobustan Şəhidlər Xiyabanında birgə dəfn olunub.Əvvəlcə onların yaşadığı evdə cənazə namazı qılınıb, ruhuna dualar oxunub.
Dəfn mərasimində şəhidin yaxınları, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, düşmən təxribatı nəticəsində şəhid olan xüsusi təyinatlı hərbi qulluqçumuz Vadim Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib. Şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan ata oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirərək dünyasını dəyişib.
Xatırladaq ki, 1997-ci il təvəllüdlü şəhid Vadim Qocayev Qobustanın Sündü kənd sakinidi. Onun bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir. Vətən Müharibəsi iştirakçısı olan Vadimin bir yaşlı qızı var, bu günlərdə onun ikinci övladı dünyaya gələcək.
Şərhlər: 0
Şərh yaz
