Azinfo » Xəbər » Hərbi » Azərbaycan MN: Ermənistan baş qərargah rəisinin bəzi bölmələrimizin mühasirəyə düşməsi barədə dedikləri dezinformasiyadır

Azərbaycan MN: Ermənistan baş qərargah rəisinin bəzi bölmələrimizin mühasirəyə düşməsi barədə dedikləri dezinformasiyadır

Tarix : 16-09-2022   /   Xəbər / Hərbi  
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.

Bu barədə  Müdafiə Nazirliyinin məlumat verilib.

“Bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir. Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur. Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq”, - qeyd olunub.

Şərhlər: 0

Şərh yaz